Niderlandda oynamış futbolçu: “Qarabağ”ın “Ayaks”ı məğlub edəcəyini düşünürəm - EKSKLÜZİV
Bakı, 2 dekabr, AZƏRTAC
“Qarabağ”ın “Ayaks”ı məğlub edəcəyini düşünürəm.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə millisinin sabiq futbolçusu Fatih Sonkaya UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda “Qarabağ” və “Ayaks” komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.
Karyerası ərzində Niderlandın “Roda” və “Venlo” komandalarında çıxış etmiş veteran müdafiəçi “Ayaks”ın yaxşı durumda olmadığını bildirib: “Qarabağ” son oyunlarda əla performans göstərir. Bakıda “Çelsi”dən alınan 1 xal möhtəşəm idi. Komanda məğlub olmasına baxmayaraq İtaliyada “Napoli”yə qarşı da layiqli mübarizə apardı. Hər iki görüşü izləmişdim. Bu sözləri “Ayaks”a aid etmək olmaz. Amsterdam təmsilçisinin xalı belə yoxdur. Futbol sürprizlərlə doludur. İstənilən nəticə qeydə alına bilər. “Qarabağ”a uğurlar arzulayıram. Qalib gəlməsini çox istəyirəm”.
Türkiyə millisində 6 oyunda meydana çıxan Fatih Sonkaya ölkəsində “Beşiktaş” və Portuqaliyada isə “Portu” komandasının formasını geyinib.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:49]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]