Niderlandlı fermerlər etiraz aksiyalarına başlayıb

Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 5-də gecə saatlarında Niderlandın müxtəlif rayonlarında fermerlərin etiraz aksiyaları keçirilib.
AZƏRTAC NOS telekanalına istinadla xəbər verir ki, etirazçılar traktorlarla magistral yollara çıxıb, tonqallar yandırıb və pirotexnik vasitələr atıblar. Polisin məlumatına görə, yolların təmizlənməsi üçün əraziyə əlavə qüvvələr cəlb olunub.
Qeyd edək ki, bəzi Avropa ölkələrinin ardından Niderlandda da fermerlərin etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları istehsal qiymətlərinin artmasına, Avropa İttifaqında alış qiymətlərinin dəyişməməsinə, həmçinin Ukraynadan və digər ölkələrdən ucuz ərzaq idxalına etiraz edirlər. Bundan başqa, fermerlər Brüsselin kənd təsərrüfatı siyasətindən də narazıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.07.2025 [13:20]
Media: Pentaqon İranın nüvə obyektlərinin məhv edildiyinə əmin deyil
- 11.07.2025 [13:18]
Meşə yanğınlarına görə Serbiyanın 5 şəhərində fövqəladə vəziyyət elan olunub
- 11.07.2025 [13:14]
Srebrenitsa soyqırımından 30 il ötür
- 11.07.2025 [12:44]
Kanada Hərbi Hava Qüvvələrinə ilk dəfə qadın başçılıq edəcək
- 11.07.2025 [12:33]
“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib
- 11.07.2025 [12:28]
Media: ABŞ Ukraynaya hücum silahlarının satışını istisna etmir
- 11.07.2025 [12:08]
Marko Rubio Çinin xarici işlər naziri ilə görüşəcək
- 11.07.2025 [11:52]
Türkiyədə kibercinayətlərdə şübhəli bilinən 350 nəfər saxlanılıb
- 11.07.2025 [11:45]