Nigar Arpadarai: Ekologiya ilə yanaşı, iqtisadiyyatın inkişafı da dünyanın gələcəyi üçün önəmlidir
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə ədalətli keçid tərəfdaşlığının və investisiyaların stimullaşdırılmasının müzakirə edilməsi olduqca vacibdir. Ekologiya ilə yanaşı, iqtisadiyyatın inkişafı da dünyanın gələcəyi üçün önəmlidir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması” mövzusunda dəyirmi masada COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.
“Biz burada insanların həyatda qalması və eyni zamanda, rifah içində yaşaması üçün müzakirələr aparırıq. Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-a qədər müzakirə üçün əlverişli platformadır. Bizim əsas hədəfimiz iddialarımızı gücləndirmək, keçidi ədalətli şəkildə formalaşdırmaqdır. Biz 14-ə yaxın təşəbbüs irəli sürmüşük. Bu təşəbbüslər ekologiya, enerji, kənd təsərrüfatı və digər sahələri əhatə edir”,- deyə N.Arpadarai bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]