Nigerdə güclü partlayış nəticəsində 55 nəfər ölüb
Bakı, 6 may, AZƏRTAC
Nigerin paytaxtı Niameydə Diori Hamani Aeroportu yaxınlığında baş vermiş güclü partlayış nəticəsində ən azı 55 nəfərin öldüyü bildirilir.
AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Nigerin daxili işlər naziri Bazum Muhammad hadisə yerində jurnalistlərə müsahibəsində partlamanın yanacaq dolu tankerin aşması nəticəsində baş verdiyini deyib. Onun sözlərinə görə, parlayışdan əvvəl ətrafdakı insanlar aşan sisterndən sızan yanacağı borulara çəkməyə başlayıblar və onlardan birinin motosikletindəki qığılcım tankerin havaya sovrulmasına səbəb olub. Nazir bildirib ki, insident nəticəsində ən azı 55 nəfər həlak olub, 37 insan isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə gələn Nigerin Baş naziri Brigi Rafini ölənlərin ailələrinə başsağlığı verib, hökumətin yaralıların müalicəsi üçün hər cür yardım edəcəyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]
Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib
- 12.06.2026 [15:30]