NİZAMİ BƏLƏDİYYƏSİ QABAQCILLAR SIRASINDADIR
AZƏRTAC xəbər verir ki, paytaxtın Nizami bələdiyyəsi Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Qabaqcıl bələdiyyə” bayrağına və diplomuna layiq görülmüşdür.
Bələdiyyənin əhatə etdiyi ərazidə il ərzində 29 abad məhəllə yaradılmış, 30 min kvadratmetr sahəyə asfalt döşənmiş, 400 kimsəsizə, şəhid, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərilmişdir.