Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində hind şahzadəsinin nağılında görünməyən məqamlar

Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində hind şahzadəsinin nağılında görünməyən məqamlar

Bakı, 19 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə qeyd olunması məqsədilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib. Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, poetik aləmin dühası hesab edilən Nizami Gəncəviyə dövlət səviyyəsində verilən dəyər, onun çoxşaxəli irsinə təkrarən işıq salınması üçün də yeni fürsətdir. “Nizami Gəncəvi İli” çərçivəsində böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərindən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə töhfə olaraq il ərzində dahi şairin həyat və yaradıcılığına həsr olunmuş silsilə yazılar hazırlanır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Xuraman Hümmətovanın “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində hind şahzadəsinin nağılında görünməyən məqamlar” sərlövhəli məqaləsini təqdim edir.

XII əsr Azərbaycan ədəbiyyatının ölməz şairi Nizami Gəncəvi (1141-1209) Şərq və Qərb dünyası arasında elə bir körpü yaratmışdır ki, bu körpünün qırılmaz bağları əsrlər böyük zamanın sınaqlarından üzüağ çıxıb. Beş sirli xəzinə qoyub getmiş sənətkar yüzlərlə əsərlərin yaranmasına yol açmış, özündən sonra gələn şairlər üçün həyat məktəbi olmuşdur.

Nizami Gəncəvi filosof şair idi. Onun poeziyasının daxili qatlarında sirli bir aləm yaşayır. Nizami kodlarını açmaq və onları öz semantik məna çalarında tədqiqata cəlb etmək müasir Nizamişünaslığın qarşısında duran ən vacib tələblərdən biridir. Nizami poeziyasında batini biliklər əsərlərinin bəzilərində üst qatda, bəzilərində isə alt qatda özünü təzahür edir. Əgər oxucu “Sirlər xəzinəsi”ndə bu gizliliyi aydın şəkildə görürsə, “Xosrov və Şirin”, “Yeddi gözəl”də bu gizlilik daha dərin qatlarda özünü göstərir. Bu biliklərin daxilinə varmaq, onların gizlin kodlarını açmaq üçün oradakı simvol və rəmzlərin təsəvvüfdəki anlamını müəyyənləşdirmək lazımdır. Z.Quluzadənin yazdığı kimi, bir çox alimlər nəsli sənətkar Nizaminin, tarixçi Nizaminin, filosof Nizaminin, alim Nizaminin, şeyx Nizaminin sirlərini dərk etməyə çalışmış və çalışacaqlar.

Nizami Gəncəvi məsnəvilərində bəzən vəhdəti-vücuddan - varlıq aləminin müxtəlif ünsürlərinin Vahiddə qovuşması sxemindən istifadə edərək dərin mənalı bədii-fəlsəfi simvollar yaratmağa nail olmuşdur. Deməli, şair dünyanın dərkindən tərkinə doğru gedən insanın kamilləşmə sxemini poemalarında cıza bilmiş və onları bu yolla insanlara çatdırmışdır. Bildiyimiz kimi, şairin yaradıcılığından bizə lirik şerlərdən başqa, dünyaya səs salan “Xəmsə”si gəlib çatmışdır. Hər bir məsnəvini bir hökmdara bağışlayan şair, bu ölməz əsərləri ilə həmin hökmdarları da tarixdə yaşatmışdır.

Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan dördüncü poemasının adı fars dilində “Həft peykər”dir. Dilimizə “Yeddi gözəl”, bəzən də “Bəhramnamə” kimi tərcümə olunan bu əsərin adını şair özü “İskəndərnamə”də belə qeyd edir:

Atımı “Həft peykər” üstünə çapdım.

İndi söz mülkündə büsat qururam,

İsgəndər dövründən təbil vururam.

Əsərin mövzusu eramızdan əvvəl V əsrdə yaşamış Sasani hökmdarı Bəhramın həyatından götürülmüşdür. Nizamidən əvvəl bu mövzuya Firdovsinin “Şahnamə”sində rast gəlmişik. Əsərin adı ilə bağlı elm aləmində müxtəlif fikirlərin olması, “peykər” sözünün çoxmənalı simvol funksiyası daşıması ilə bağlıdır. Göründüyü kimi, bir söz varlıq aləminin bütün ünsürlərini birləşdirən vahid simvola çevrilmişdir. Şair əsərdə sözün varlıq aləminin bir və ya bir neçə ünsürünü, yaxud “peykər” sözündə bütün ünsürləri işarələndirməsi birbaşa sufizmlə, onun vəhdəti-vücud ideyası ilə bağlıdır. Yada salaq ki, sufilərin dünyanı təsvir dili bu cür söz-işarələrlə zəngindir.

“Yeddi gözəl” məsnəvisi bildiyimiz kimi, bir-biri ilə bağlı iki süjet xəttindən ibarətdir: birinci hissə əsərin qəhrəmanı Bəhramın həyatını bütövlükdə əhatə edən və poemanın bütün hissələrini bir-biri ilə bağlayan əsas hissə, ikinci isə yeddi ölkənin şahzadə qızlarının Bəhram şaha danışdığı müstəqil nağıl süjeti özündə əks etdirən hissədir.

Əsərin ikinci hissəsi sufizmim məqam və mərhələlərinin təzahür formalarını əks etdirməklə yanaşı, Nizami Bəhram şaha varlıq aləmində özünü dərketmə yollarını göstərir. Şair oxucuya sadəcə nağıl danışmır, şahzadə qızların hər birinin danışdığı bu nağılların təsəvvüfü mahiyyət və anlamı əsər boyunca kamilliyə doğru gedən Bəhram şahın inkişaf dinamikasını əks etdirir. Şair Bəhramın simasında sufilərin Şəriət-Təriqət-Mərifət-Həqiqət modelindən istifadə edərək tamamilə yeni tipli qəhrəman yaratmağa nail olub.

Əsər boyunca bütün nağıllar Şidənin Bəhram şah üçün tikdiyi yeddi günbəzli sarayda danışılır, bu dünyanın modelinin saray obrazında əksidir. Göründüyü kimi, Yeddi peykər sarayı varlıq aləmini birləşdirən, qovuşduran simvol-işarədir. Sufizmdə rəmzi sözlər vəhdəti-vücudla bağlı olub, vəhdət içində olan aləmin ayrı-ayrı ünsürlərini təcəssüm etdirir.

Əsərdə yeddi iqlim şahzadə qızlarının danışdığı nağılların bəzisi qeyri-real, fantastik mahiyyət daşıyır. Bu nağıllar şairin iç dünyasına səyahəti, insanın daxilində ikili hissin bir-biri ilə mübarizəsi fonunda təqdim edilir. Şair insanda olan ilahi ruhun bir hökmdar kimi onun daxili dünyasında şahlıq etməsi, onunla əks, düşmən mövqeyində olan nəfslə aralarında gedən mübarizəni yaşantılarını bizə nəql edir.

“Yeddi gözəl” məsnəvisində hind şahzadəsinin danışdığı birinci nağıl qarageyimlilər şəhərində cərəyan edir. Nəyə görə Nizami “Yeddi gözəl” poemasını hind şahzadəsinin nağılı ilə, yəni qarageyimlilər şəhərində baş verən əhvalatla başlayır? Əvvəlcədən qeyd etdiyimiz kimi Nizami filosof bir şair idi, onun heç bir şeirində və məsnəvisində təsadüfi söz və ifadə yoxdur. O, bir mütəfəkkir filosof kimi öz dövrünün ədəbi fəlsəfi cərəyanlarının fövqündə durur, dövrünün bütün elmlərinə dərindən bələd olduğu əsərlərində açıq-aydın görünür. Odur ki, Nizami oxucuya sadəcə yeddi şahzadə qızın timsalında hər bir oxucunun üst qatda gördüyü nağılı danışmır. Onların danışdığı nağıllar Nizaminin insan xislətində hökm sürən ikili hissin mübarizəsinin nağılıdır.

Burada qarageyimlilər şəhərinə yollanan qəhrəmanın öz iç dünyasına səyahəti, onun daxilində iki hissin mübarizəsi gedir. Orada bütün əhvalatlar insan daxilində hökmranlıq edən ruh ilə nəfs arasında baş verən mübarizədir. Nəfsin insanın başına gətirdiyi bəlalar əsər boyunca şahzadə qızların nağıllarında öz əksini tapır. Qəlb şəhərinin padşahı olan ruh xeyirxah əməllərin funksiyasının daşıyıcısı və qoruyucusudur. Onun qarageyimlilər şəhərində baş verən əhvalatı bilməsi, səbir və təmkinlə o əhvalatları dinləməsi, əsər boyunca insanın səbir və dözümünü bir daha artırır.

Hind şahzadəsinin Bəhrama nəql etdiyi birinci nağıl qarageyimlilər şəhərində baş verir. Bu şəhər qəlb şəhəridir. Türktaz şah oraya gedir. Bura pərilər diyaradır. Şah bu diyarda pərilərin başçısı Türknaza-nəfsə aşiq olur. Lakin nəfs bu hökmdarı sınaqlara çəkir və sonda yoldan çıxarmağı bacarır.

Nizami nağılla göstərmək istəyir ki, insan xoşbəxtliyə qovuşmaq üçün öz nəfsinə qalib gəlməli, şəhvət, ehtiras, həvəs kimi şər qüvvələri (nəfsi əmmarəni) boğmalıdır.

Şair qarageyimlilər şəhərində baş verən əhvalatı təsəvvüfün dördpilləli modelinə görə ona hər şey qaranlıqdır, çünki bu qəhrəman şəriət - təriqət -mərifət-həqiqət qanunlarından xəbərsiz olduğu üçün qaranlıqlar içindədir. Qaranlıqlar diyarında qəhrəmana heç nə aydın deyil, o, haradan gəlib, haraya getdiyini bilmir, çünki təsəvvüf modelinə görə qəhrəmanın gözündə hər şey qaranlıqlar içindədir. Bu qaranlıqlar içində çaşbaş qalan qəhrəman yollar arayır. Birinci yola “qarageyimlilər” şəhərində qədəm qoyur.

Məsnəvinin filoloji tərcüməsindən oxuyuruq “dedim ey ağa, bu qulluq nədir? Yanıma bişmiş gəl, bu xamlıq nədir? - deyən şair təsəvvüf elmində “bişmək” irşada girməklə bağlıdır, “xamlıq” isə bu elmdən xəbərsizlik mahiyyəti kəsb edir. Bişmək, yanmaq irfani anlam kəsb edən ideyaya Mövlana, Yunus Əmrə, sonra isə Hacı Bayram Vəli yaradıcılığında rast gəlirik. Yəsəvinin “ateşe düş-meden bişdim ben” kəlamı Mövlanənin “Xam idim, yandım, bişdim” kimi məşhur deyimi, Yunusun “çiy idim, bişdim əlhəmdülillah” deyimini yadımıza salır. Yunusla bir dönəmdə yaşayıb-yaradan Hacı Bayram Vəli də sələfləri kimi “Yandı bu könlüm, yandı bu könlüm, Yanmada dərman buldu bu könlüm” deyərək, təsəvvüfdə artıq irşada girməsini dilə gətirir.

Həyat həqiqətləri qəhrəmanın gözündə qaranlıqlar dumanına bürünüb. Təsəvvüf modelinin birinci pilləsini adlayan qəhrəmanın gözündə aləm dəyişir. Şəriət sirlərinə vaqif olandan sora o, özünün bütün əməllərinə, hərəkətlərinə sərhəd qoyur və şəriət qaydalarına əməl edir. Bu əməletmə onun daxilində özünənəzarət postu yaradır.

Bundan sonra təsəvvüf əhli təriqət yoluna qədəm qoyur. Caminin yanaşması ilə desək, “Bu məsnəvilər mərifətlərin bəyanına vəsilədir” tezisi “Xəmsə”nin ideya-məzmun baxımından irfani-təsəvvüfi həqiqətlərin ifadəsi olduğuna işarədir. “Mərifət” sözü “irfan” və “arif” sözü ilə eyniköklü olub, onlarla təkcə dil xətti boyunca birləşmir. “Mərifət-irfan-arif” təsəvvüfdə insanın “şəriət-təriqət-mərifət-həqiqət” sxemi üzrə cismani-mənəvi cəhətdən kamilləşməsinin konseptual anlayışlarını əks etdirir. “Mərifət” həm də elm, bilik, oxumaq anlayışları ilə bağlıdır. Sufi mərifət pilləsində “maariflənmə”, yəni elm, bilik kəsb etmək yolu ilə “irfan”a çatıb, “arif” məqamına qalxır. Bu üzdən Caminin söylədiyi kimi, Nizami məsnəviləri mərifətlərin bəyanına vasitə olması son dərəcə böyük bir fikir olub, “Xəmsə”nin birbaşa insanın mənəvi-əxlaqi təkamülünün, idraki-irfani kamilləşməsinin qaynağı olduğuna işarədir.

Sufizm özünün mütərəqqi ideya və motivləri ilə Nizami üçün cəlbedici fikir qaynağı idi. Şair bu qaynağa biganə qalmamış, məsnəvilərində sufi ideya və motivlərindən istifadə etmişdir. Lakin müşahidələr göstərir ki, Nizami sufizmdən kor-koranə deyil, yaradıcı şəkildə istifadə etmişdir. Yəni sufi görüşləri ona öz ideyalarını ifadə etmək üçün bir vasitə rolunu oynamış, lakin şair heç vaxt sufi ideyaların tam təsiri altına qalmamışdır.

“Xəmsə”də təsəvvüfdən istifadənin əsərdən-əsərə fərqli şəkildə təqdim olunması, sonuncu poemada “İskəndərnamə”də Nizaminin artıq sufizmdən, demək olar ki, səthi şəkildə istifadə etməsi sənətkarın sufizmə yaradıcı yanaşdığını göstərir. Bu, eyni zamanda onu da təsdiq edir ki, sufi görüşləri XII əsrə qədərki Azərbaycan ədəbiyyatı üçün aktual olmuş, sənətkarlar bu möhtəşəm ideya qaynağından müxtəlif şəkillərdə bəhrələnmişlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO