Norveç-Azərbaycan oyununu polşalı hakimlər briqadası idarə edəcək
Bakı, 28 avqust, AZƏRTAC
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç-Azərbaycan oyununun hakimləri açıqlanıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, matçı polşalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Daniel Stefanski olacaq. Ona həmyerliləri Robert Marcin Boniek və David Golis kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bartosz Frankovski yerinə yetirəcək.
Matçın hakim-inspektoru Jones Peter (İngiltərə), komissarı isə Nicolae Camelia (Rumıniya) olacaq.
Qeyd edək ki, Norveç-Azərbaycan oyunu sentyabrın 1-də Oslo şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]