NORVEÇ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ TƏRƏFDARDIR
Norveçin xarici işlər naziri Yonas Qar Störe Bakıda keçirdiyi brifinqdə demişdir ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Norveç problemin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.
Diplomat bildirmişdir ki, bu gün Dağlıq Qarabağ və buna bənzər münaqişələr nəticəsində çoxlu insanlar ölmüş, minlərlə insan isə doğma yurd-yuvalarından didərgin düşmüşdür. Dünya birliyi münaqişlərin uzanmasına və ya dondurulmasına razı olmamalıdır.