Norveç dənizdə neft-qaz axtarışı üçün Livana kömək edəcək
Bakı, 11 iyun, AZƏRTAC
Norveç ilə Livan neft-qaz sahəsində birgə əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Livan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Livanla Norveç 2018-2020-ci illər arasında neft sektorundakı potensialın artırılması və dəstək göstərilməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləyə görə, Norveç Livanda neft-qaz axtarışı və kəşfiyyatı işinə kömək edəcək. Blok 4 və Blok 9 kimi tanınan ərazilərdə birgə neft axtarışı nəzərdə tutulur. Livanın 2019-cu ilin əvvəlində dənizdə neft və qaz axtarışına başlayacağı gözlənilir.
Norveç tərəfi neft resurslarının səmərəli istifadəsi, eləcə də Livan xalqının iqtisadi və ekoloji cəhətdən bu sektordan mənfəət əldə etməsinə yardımçı olmaq istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]
Çinli alimlər lələkli dinozavr növü tapıblar
- 18.06.2026 [15:39]
Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
- 18.06.2026 [15:31]
İyunun 18-i Davamlı Qastronomiya Günüdür
- 18.06.2026 [15:14]
Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü
- 18.06.2026 [15:04]
Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib
- 18.06.2026 [14:42]