Norveçli gimnast: Milli Gimnastika Arenası Avropa çempionatı üçün çox yaxşı hazırlanıb
Bakı, 19 oktyabr, AZƏRTAC
"Yarış istədiyimiz kimi keçdi. Nəticədən çox razıyıq".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən "TeamGym" üzrə Avropa çempionatında bürünc medal qazanan norveçli qadın gimnast Athene Yuliana Şmidt Reiqstad deyib.
İdmançı turnirə çox ciddi hazırlaşdığını qeyd edib: "Şübhəsiz, heç nə asan əldə olunmur. Bəzən uğurlu nəticə üçün çətinliklərdən keçmək lazımdır. Medal qazanmaq üçün çox çalışdıq. Məşqçilərimizlə hər detal üzərində işləyirdik. Qələbəyə can atırdıq və nəticə də ürəyimizcə oldu".
İdmançı möhtəşəm dəstəyə görə tribunadakı tamaşaçılara təşəkkür edib: "Bu dəstək bizə əlavə güc verdi. Milli Gimnastika Arenasında gözəl ab-hava hökm sürür. Zal Avropa çempionatı üçün çox yaxşı hazırlanıb. Məni ən çox həyəcanlandıran an isə finalda yekun nəticəni öyrənmək üçün sonuncu iştirakçının qiymətləndirilməsini gözləmək oldu. Bu anı unutmayacağam".
Qeyd edək ki, "TeamGym" üzrə Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]