Azərbaycan Dövlət İnformasiya Agentliyi

Növbəti Bakı Şopinq Festivalı bayramı başladı!

Endirimlər, hədiyyələr, lotereya oyunları və daha nələr sizləri gözləyir

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 15-dən paytaxtımızda uzun müddətdir hazırlıqları gedən II Bakı Şopinq Festivalı start götürüb. Budəfəki Şopinq Festivalı birincidən çox fərqli və daha yeni imkanlar vəd edir.

Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, noyabrın 15-dək davam edəcək festivala 500-dən artıq ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyətinin ƏDV qaytarılması sisteminə qoşulması, turistlər və yerli alıcılar üçün böyük fürsətlər yaradır. Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və AzərTürk Bankdır.

Yeniliklərdən biri də budur ki, bu dəfə Bakı Şopinq Festivalında iki supermarket - “Bravo” hipermarketi və “Neptun” supermarketi də iştirak edəcək. Bundan başqa, bir sıra apteklər də festivala qoşulublar. Bakı Şopinq Festivalının təşkilatçıları turistlər üçün xüsusi paketlər hazırlayaraq müvafiq turizm agentliklərinə təqdim edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, 3 gecə oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Festival iştirakçılarını hədiyyə kartları, xüsusi uduşlu lotereyalar və endirim kuponları, bir çox sürprizlər və əyləncəli tədbirlər də gözləyir. Həmçinin, həvəsləndirici tədbir olaraq, turistlər və alıcılar üçün “Park Bulvar Mall”da isə “Şopomania” oyunu, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində interaktiv oyunlardan ibarət “Uğurlu çarx” əyləncə proqramı təşkil olunacaq. Fəvvarələr meydanında isə fan zona fəaliyyət göstərəcək.

Festival sürprizləri: Lotereyada oyna və hədiyyə qazan!

Festival müddətində həyata keçiriləcək poz-qazan formatında hazırlanmış Ani Stimullaşdırıcı Lotereyalar zamanı müştəri digər iştirakçıları gözləmədən qazanmaq şansı əldə edir. Festival dövründə Bakı Şopinq Festivalı iştirakçısı olan istənilən mağazadan bir dəfəyə 100 AZN və daha çox alış-veriş edən hər bir kəs lotereya iştirakçısı ola bilər. Festival zamanı 100 - 500 AZN-lik alış-veriş edənlər 1 bilet, 500 AZN və daha çox alış-veriş edənlər isə 2 bilet əldə edə biləcəklər.

Tax free nədir və kimlərə şamil olunur?

Bütün dünyada geniş yayılan tax free - xarici vətəndaşlar tərəfindən alınmış və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasıdır.

Azərbaycanda da son illərdə alınan malların ƏDV-si turistlərə geri qaytarılır. Onlar Tax free loqosu olan mağazalarda alınan mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk edərkən hava limanında geri ala bilirlər.

Bu ildən başlayaraq, paytaxtımızda təşkil edilən Bakı Şopinq Festivalı sayəsində ölkəmizdə Tax free anlayışı xarici ölkələrlə müqayisədə daha cəlbedici olub. Belə ki, digər ölkələrdə Tax free yalnız xarici turistlərə şamil edilirsə, Azərbaycanda bu sistemdən yerli əhali də yararlana bilir. Azərbaycan vətəndaşları da aldıqları mallara görə ödədikləri ƏDV-nin bir qismini geri ala bilirlər.

Bundan başqa, şopinqin inkişafı məqsədilə, ölkəmizdə “Tax free” üçün minimal alış məbləği də aşağı endirilib. Yəni, başqa vaxtlarda yalnız xarici vətəndaşlar üçün təqdim olunmuş Tax free üçün minimum 300 AZN həddindədirsə Bakı Şopinq Festivalı dövründə həm turistlərin, həm də yerli vətəndaşların 100 AZN-dən yuxarı alış-verişlərinə tətbiq edilir. Bu isə o deməkdir ki, bir mağazadan toplam məbləği 100 AZN-dən yuxarı olan alış-verişlərin müəyyən hissəsi alıcıya qaytarılır. Alış zamanı satıcı alıcıya elektron vergi hesab fakturası təqdim edir. Alıcı ƏDV köşkünə yaxınlaşır və həmin fakturanı təsdiqlədir. ƏDV köşklərinin ünvanını festivalın saytındakı http://bakushopfest.com/edv-koshkleri/ keçidindən əldə edə bilərsiniz.

Fakturanı ƏDV köşkündə təsdiqlətdiyi gün ƏDV məbləği festivalın müvəkkil bankında alıcıya qaytarılır. ƏDV qaytarılması kampaniyası yalnız qeydiyyatdan keçmiş festival mağazalarından alınan mallara aid edilir. Müvəkkil bankların siyahısı ilə festivalında saytında olan http://bakushopfest.com/muvekkil-banklar/ keçidindən tanış ola bilərsiniz.

Bakı Şopinq Festivalı zamanı hansı mağazalardan alış-veriş zamanı ƏDV-nin qismini geri ala biləcəyinizi öyrənmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

http://bakushopfest.com/our-stores/

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib. Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına əsasən keçirilən festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub və nazirliyin nəzdində olan Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar