Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib
Bakı, 24 avqust, AZƏRTAC
Cari ilin avqustun 28-dən sentyabrın 1-dək keçirilməsi nəzərdə tutulan müəllimlərin işə qəbulu imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həmin tarixlərdə ingilis dili, alman dili və kimya fənləri üzrə növbəti test imtahanları keçiriləcək.
Müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə avqustun 24-dən etibarən apelyasiya müraciəti etmək imkanı yaradılır. İmtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 20:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apelyasiya müraciəti edə biləcəklər. Yeni tədris ili başlamazdan öncə namizədlərin apelyasiya müraciətlərinə baxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]