Növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti ilə bağlı məsələlər müzakirə olunub
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Bakı Olimpiya Stadionunda AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə, Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, PFL-in Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.
Toplantıda növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələlər müzakirə olunub.