NÜMAYƏNDƏ HEYƏTİ ÇXR-DƏN QAYITMIŞDIR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini İlyas Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasından qayıtmışdır.
Konfederasiyadan AZƏRTAC-ın müxbirinə demişlər ki, Ümumçin Həmkarlar İttifaqları Federasiyasının (ÜÇHİF) dəvəti ilə baş tutan səfər uğurlu olmuşdur.
ÜÇHİF-in sədr müavini Su Senxuan həmyerlilərimizlə görüşmüşdür. Görüşdə ÜÇHİF-ə daxil olan qurumların rəhbərləri də iştirak etmişlər. Tərəflər fəaliyyətləri barədə məlumat vermiş, qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışmışlar. Danışıqlar nəticəsində AHİK-lə ÜÇHİF-in əməkdaşlıq perspektivlərinə dair razılıq əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:00]
Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər
- 01.10.2026 [12:00]