Nur-Sultanda 18 yaşadək uşaqlar nəqliyyatdan pulsuz istifadə edəcəklər
Nur-Sultan, 27 fevral, AZƏRTAC
Qazaxıstanın paytaxtında və şəhərətrafı qəsəbələrdə 18 yaşadək uşaqlar martın 28-dən ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər. Bu barədə “Astana LRT”nin rəhbəri Bekmirza İgenberdinov paytaxtın nəqliyyat kompleksinin inkişafı üzrə konfransda bildirib.
AZƏRTAC xəbər verir ki, hazırda 7-15 yaşında uşaqlar nəqliyyatdan istifadə üçün 40 tenge (10 ABŞ senti) ödəyirlər, 15 yaşından yuxarı olanlar isə tam gediş haqqı ödəyirlər. Uşaqlar üçün pulsuz gediş haqqı güzəştləri qeyri-müəyyən müddətə tətbiq edilir.
Qeyd edək ki, hazırda 6 kateqoriya üzrə vətəndaşlar nəqliyyatdan pulsuz gedişdən istifadə edir. Onların arasında təqaüdçülər, Böyük Vətən müharibəsi veteranları, 1 və 2 qrup əlillər, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar var. 18 yaşınadək uşaqlar (çoxuşaqlı, aztəminatlı ailəyə aid olub-olmaması vacib deyil) ictimai nəqliyyatdan pulsuz istifadə edən 7-ci kateqoriya olacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]