Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Odlar yurduna səyahət” kitabının təqdimatı olub

Bakı, 26 yanvar, Tatyana İvanayeva, AZƏRTAC

Bakı Kitab Mərkəzində XIX əsrdə Azərbaycana səyahət etmiş tanınmış rus fotoqrafı Dmitri Yermakov tərəfindən çəkilmiş fotoşəkillərdən ibarət kitab-albomun təqdimatı olub.

O dövrdə hökumət dairələrinin müəyyən dəstəyindən istifadə edən Dmitri Yermakov çoxlu səyahət edirdi. O, həm hakimiyyətin, həm də ayrı-ayrı şəxslərin sifarişlərini yerinə yetirirdi. Bunun nəticəsində əlimizdə həmin dövrdə baş verənlər və yazılı mənbələrdən bildiyimiz faktlar haqqında vizual təsəvvürlər mövcuddur.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Odlar yurduna səyahət” kitabındakı materiallar 1880-ci illərin sonundan XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Gürcüstan Milli Muzeyinin Yermakov Fondunda saxlanılan bu fotoşəkillərin əksəriyyəti indiyədək dərc olunmayıb.

Kitabın elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov deyir: “Dmitri Yermakovun fotoşəkilləri unikaldır. Birincisi, onlar tarixi mənbə kimi qiymətlidir. İkincisi, bu fotolar bədii və sənədli film çəkənlər üçün əvəzolunmaz materialdır. Onların vasitəsilə həmin dövr haqqında bədii əsərlər də yazmaq olar. Çünki bu mənbələr bilinməyən hadisələr barədə əyani vəsaitdir. Daha bir məqamı qeyd etmək yerinə düşər. Yermakov peşəkar hərbi topoqraf və xəritəçəkən olub və ona görə də işıqların fonunda, hava şəraiti, günün müəyyən vaxtı və digər amillərdən asılı olaraq obyektin çəkilişinin rakursunu müəyyən etmək üçün fotoaparatı quraşdıracağı məkanı çox gözəl bilib. O, ən yaxşı nəticəyə nail olmaq üçün çəkilişin bütün mühüm tərkib hissələrinə yaxından bələd olub. Bu səbəbdən bizdə olan fotoşəkillər çox keyfiyyətlidir. Gürcüstan Milli Muzeyində də bir neçə materiallar, o cümlədən aparatura var. Bütün bunlar göstərir ki, Yermakov zəruri texniki effekt əldə etmək üçün məhz həmin aparatura ilə eksperimentlər edib”.

Yermakovun çəkdiyi və topladığı fotoşəkillər Avropa ölkələrindəki müxtəlif kolleksiyalarda mövcud olsa da, onun ən böyük arxivi Gürcüstan Milli Muzeyində yerləşir. Belə ki, gürcü hökuməti 1919-cu ildə kolleksiyanı onun varislərindən satın alıb.

Əsl geniş kitabın nəşri ideyasını dəstəkləyən Gürcüstan Milli Muzeyinin rəhbəri, bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü, professor David Lordkipanidze AZƏRTAC-a müsahibəsində Dmitri Yermakovun yaradıcılığını şərh edib: “Bu kolleksiya illər ərzində toplanıb və bizim üçün təkcə muzey eksponatı kimi vacib deyil. Bu fotoşəkillər əsl elmi infrastrukturdur. Çünki onların köməyi ilə bir dövrün “təsviri” baxımından çox şey öyrənmək olar. Eyni zamanda, bunlar həmin dövrün müxtəlif cəhətlərindən bəhs edən bədii kadrlardır. Onlar təkcə tarixçilər, etnoqraflar və digər mütəxəssislər üçün mühüm deyil. Dmitri Yermakovun fotoşəkilləri keçmişin incəliklərinə maraq göstərən hər kəs üçün maraqlıdır... Mən də istisna deyiləm... Çünki demək olar ki, həmişə bu fotoşəkillərdən müxtəlif sərgilər və elmi işlər üçün istifadə edirəm. Bu kolleksiya mənim üçün ilk vaxtlar olduğu kimi, indi də Qafqaz muzeyi ənənələrini davam etdirən Gürcüstan Milli Muzeyinin ən mühüm sərvətlərindən biridir. Beləliklə, bu kitab-albom yeni səhifədir, həmçinin Gürcüstanla Azərbaycan arasında əlaqələrin davamı, birlik və həmrəylik hissimizin rəmzidir”.

Azərbaycanda çəkilmiş fotoşəkillər silsiləsi qəsəbələri, küçələri, kənd təsərrüfatı sahələrini, balıqçı vətəgələrini əks etdirir. Toplanan materialların həcmi az deyil. Bu, Yermakovun dəfələrlə Bakıda və digər bölgələrdə olmasından xəbər verir. Onun əsərlərində maarifləndirici xarakter daşıyan, o dövrün ayrı-ayrı neft sənayeçiləri və mühəndislərinin evlərinin interyerlərinə qədər sənədli və bədii mətnlərdə oxuduqlarımızı, təsəvvürümüzə gətirdiklərimizi aydın şəkildə göstərən məqamlar çoxdur.

“Dmitri Yermakovun fotoşəkilləri bir çox cəhətdən dəyərlidir, çünki onlarda dövrümüzə qədər gəlib çatmamış bir sıra abidələr var”, - deyə Səbuhi Əhmədov davam edir. - “Məsələn, materiallarda XX əsrin 20-30-cu illərində - sovet dövründə dinə və onun qalıqlarına qarşı mübarizə mərhələsində dağıdılmış dini abidələrin çoxlu fotoşəkilləri mövcuddur. Sonra belə tikililər - məscidlər, məqbərələr, kilsələr, ibadətgahlar nəinki zərər gördü, onların bir çoxu məqsədli şəkildə dağıdıldı... Bunların hamısı onun əsərlərində öz əksini tapıb və bu gün biz bu tikililərin necə gözəl olduğunu görə bilirik”.

Bakıda çəkilmiş fotoşəkillər əsasən neft mədənləri, Qız qalası və mərkəzi küçələri əks etdirir.

“Rus çarları dövründə İçərişəhərin, Şirvanşahlar sarayının necə olduğunu görə biləcəyiniz gözəl mənzərələri qeyd etməmək mümkün deyil. Bununla belə, Yermakov baxımsız vəziyyətinə baxmayaraq, bu abidənin gözəlliyini görə bildi, əvəzolunmaz sənədlər qoyub getdi və bu, sonradan son bərpa işlərində mütəxəssislərə çox kömək etdi”, - deyə Səbuhi Əhmədov qeyd edib.

Nə qədər qəribə səslənsə də, fotoşəkillərin ayrıca seriyası Azərbaycan hamamlarına həsr olunub. Üstəlik, Yermakov bir masajçının müştəriyə köpük tətbiq etməsindən tutmuş, bədənin hansı hissələrini masaj etməsinə qədər bütün iş prosesinin göstərib. Bu seriyanın o dövrün masajçıları üçün metodik vəsait olduğunu deyə bilərik.

Yermakovun 1902-ci il zəlzələsindən dərhal sonra Şamaxıda çəkdiyi fotoşəkillər fəlakət zamanı şəhərin vəziyyəti haqqında məlumat almağa kömək edir. Rəsmi tapşırıqla təbii fəlakət yerinə göndərilən Yermakov zəlzələnin nəticələrinin - əhalinin vəziyyətinin, yardım komitəsinin, xeyriyyə təşkilatlarının və xilasedicilərin fəaliyyətinin fotoşəkillərini çəkib. Beləliklə, həmin dəhşətli təbiət hadisəsi ilə əlaqəli bütün proses vizual olaraq sənədləşdirilib.

Maraqlı silsilələr etnoqrafik xarakter daşıyır ki, burada ipək istehsalı dəqiqliklə və addım-addım təsvir edilir, sırf texnoloji və yüksək peşəkarlıqla lentə alınır. Halbuki, baramaların isladılması, ondan sapların açılması prosesindən silsilə hazırlanarkən, hazır kəlağayının üzərinə qəlib qoyulan son ana qədər baş verənlərin əks edilməsi fotoqraflar üçün nadir yanaşmadır.

Qeyd edək ki, 260-dan çox unikal fotoşəkil əsasında Azərbaycan və ingilis dillərində tərtib olunmuş kitab-albomda Azərbaycanın Ağdaş, Bakı, Gəncə, Lənkəran, Şamaxı, Şuşa, Şəki şəhərləri, dəmir yolu vağzalları, memarlıq abidələri, sənaye və kənd təsərrüfatı obyektləri öz əksini tapıb.

Nəşrin elmi redaktoru Səbuhi Əhmədov sözlərinə davam edir: “Kitab-albomda təqdim olunan fotoşəkillər toplusu Azərbaycanın bütün mənzərələri, hətta o günlərdə fotoşəkili çəkilməyən yerləri baxımından unikaldır. Məsələn, Muğan və Mil çöllərinin mənzərələri. Əslində, onlar bizim üçün böyük maraq kəsb edir, həm insanların iş günləri, həm də şumdan traktora rahat keçid sənədləşdirilib. Bu, kənd təsərrüfatı və sənayenin inkişafını, tərəqqinin insanların həyatına necə təsir etdiyini öyrənmək baxımından çox mühüm məqamdır”.

Dmitri Yermakov fotoqrafiya tarixinə təkcə peşəkar fotoqraf kimi deyil, həm də ən böyük fotostudiyalardan birinin yaradıcısı, ən əsası, foto bankı yaratmağa başlayan bir insan kimi daxil olub. O, həmçinin fotoqrafiyanı bir növ biznesə çevirib, digər fotoqraflardan fotoşəkillər alıb, onları toplayıb, tematik qaydada qruplaşdırıb, ən başlıcası isə kataloq sistemi ilə təsnif edib. Bunun nəticəsidir ki, bu gün bizim əlimizdə Qafqaz mənzərələrinin 25 min fotoşəkildən ibarət çox müfəssəl kolleksiyası var. Bu kolleksiya tədqiqatçının və geniş ictimaiyyət nümayəndəsinin arzulaya biləcəyi demək olar ki, bütün məqamları əks etdirir. Yəni, XIX əsrin sonundan XX əsrin əvvəllərinə qədər olan Azərbaycan mənzərələri. Burada təkcə sənaye bumu və onun doğurduğu bütün nəticələr deyil, həm də o dövrdə meydana çıxan nəqliyyat vasitələri - gəmilər, buxar lokomotivləri, paroxodlar, yeni dəmir yolu, neft yataqları var. Lakin həmin dövrdə adi hal kimi qəbul edilənlər belə, bir etnoqraf kimi Yermakovun özü üçün də maraqlı idi. Bu, Qafqazda yaşayan müxtəlif etnik qruplara məxsus insanlarının həyatı, evlərinin interyeri, geyimləridir. Redaksiya heyətinin qeyd etdiyi kimi, şübhəsiz ki, təqdim olunan materiallar tədqiqatçıların və alimlərin diqqətini cəlb edəcək. Axı indi Azərbaycan Dmitri Yermakovun əvəzsiz rəqəmsal fotoşəkillər arxivinin sahibinə çevrilib ki, bu da bizə ölkəmizin mədəni irsinin müxtəlifliyini ən xırda təfərrüatı ilə öyrənməyə, onun əvvəllər araşdırılmamış səhifələrini kəşf etməyə imkan verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib