OĞUZDA YENİ RABİTƏ OBYEKTLƏRİİSTİFADƏYƏ VERİLMİŞDİR
Oğuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni ilin ilk günlərində rayonun ən böyük yaşayış məntəqələrindən olan Xaçmaz kəndində 512 nömrə tutumlu, Top kəndində isə həm də qonşu Zərrab kəndinin əhalisinə xidmət göstərəcək 128 nömrəlik yeni elektron ATS-lər istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimlərdə kənd sakinləri göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
“Aztelekom” İB-nin və rayon telekommunikasiya qovşağının daxili imkanları hesabına inşa edilən yeni ATS-lərdə Türkiyənin “Karel” şirkətinin istehsalı olan müasir elektron avadanlıq quraşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]