Oktyabrın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 14-17°, gündüz 20-24° isti, Bakıda gecə 15-17°, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95, gündüz 70-80 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran,
Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Temperaturun gecə 8-13°, gündüz 17-22° isti, dağlarda 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,
Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Temperaturun gecə 14-17°, gündüz 20-24° isti, dağlarda gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir.