Oktyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 17-20°, gündüz 27-32° isti olacaqdır.
Bakıda gecə 18-20°, gündüz 29-31° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 766 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 12-17°, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 9-14°, gündüz 22-27° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-
Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 14-18°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ,
İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 12-17°, gündüz 24-29° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax,
Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 16-19°, gündüz 28-33°, dağlarda gecə 8-13°, gündüz 22-27° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Biometeoroloji amillərin normal sutkalıq gedişi, o cümlədən, temperatur rejiminin oktyabr ayı üçün bir qədər yüksək olması meteohəssas insanlar üçün əlverişlidir.