Oktyabrın 30-dan bu günədək İzmirdə iki mindən çox afterşok qeydə alınıb
İstanbul, 5 noyabr, AZƏRTAC
Oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alan 1035 nəfərdən 35-nin müalicəsi davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Zəlzələ baş verən andan bu günədək bölgədə 2124 afterşok qeydə alınıb. Onlardan 46-nın gücü 4 baldan yüksək olub.
Yeraltı təkanlar nəticəsində Egey dənizinin İzmirin Seferihisar rayonu sahillərinə yaxın bölgədə sunami meydana gəlib. Sunami nəticəsində 26 qayıq batıb, 43 qayıq isə saya oturub.
Xatırladaq ki, təbii fəlakət nəticəsində 114 nəfər həlak olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]