“Olimpiya” adlı bədii film çəkilir
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycanın səfalı guşələrindən olan Balakən-Zaqatala zonasında “Olimpiya” adlı bədii filmin çəkilişləri aparılır.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyası tərəfindən çəkilən filmə Əli- Səttar Quliyev quruluş verib.
Rejissor bildirib ki, ötən il “Mozalan” studiyasının istehsalı olan “Əlvida, Şmidt!” filmi ekranlara çıxandan sonra ssenari müəllifi Rüstəm Babazadə ilə yeni bir filmin ideyasını verdik. Keçmiş Olimpiya mükafatçısının həyatından bəhs edən, melodram janrında olan ekran əsərinin çəkilişləri avqustda başlanıb və bir ay müddətində davam edəcək. Azərbaycanın şimal bölgəsində və paytaxt Bakıda lentə alınacaq filmdə maraqlı obrazlar və tanınmış aktyorlar rol alıb. Ekran əsərinin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Arif Niftiyev, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Tərlan Babayevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]