Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir - Faktiki hava
Bakı, 28 aprel, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin aprelin 28-i saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Gədəbəy, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Xaltan, Yardımlı, Lerik, Lənkəran və Astarada arabir şimşək çaxır, yağış yağır.
Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 26, Neftçalada 20, Şirvanda 19, Beyləqanda 18, Culfada 17, Şahdağda 16 metrə çatır.
Dənizdə dalğanın hündürlüyü 3.7 metrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]