OMBUDSMAN APARATININ ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDIR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müxtəlif ölkələrin nümayəndələrinin qatıldığı konfransa Rusiyanın regional inkişaf naziri V.Yakovlev və AŞ insan hüquqları üzrə komissarı Tomas Hammerberq sədrlik etmişlər.
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Z.Əliyev “İnsan hüquqları mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq kontekstində” mövzusunda məruzə etmiş, din azadlığının təmin edilməsi sahəsində ölkəmizdə görülən işlərdən danışmışdır.
Z.Əliyev, həmçinin Ermənistanın Azərbaycan ərazilərinə silahlı təcavüzünün nəticələri barədə məlumat vermiş və bu ölkənin işğalçı dövlət olmasını beynəlxalq hüquq baxımından əsaslandırmışdır.
Çıxış konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]