OMBUDSMAN GÜRCÜSTANA SƏFƏR ETMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində müvəkkil Kvemo-Kartli bölgəsinin Marneuli rayonunun əhalisi ilə görüşmüşdür. O, görüş zamanı Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin hər iki respublikanın dövlət başçısının diqqət mərkəzində olduğunu bildirmişdir.
E.Süleymanova Gürcüstanın xalq müdafiəçisi S.Subari ilə birlikdə Rustavidəki iki cəzaçəkmə müəssisəsinə baş çəkmişdir. O, gürcü həmkarı ilə azərbaycanlı məhkumların vəziyyətini, burada cəzaçəkən Azərbaycan vətəndaşlarının ölkəmizə ekstradisiyası məsələsini müzakirə etmişdir.
Səfər zamanı müvəkkil Marneulidə yenicə işə başlamış mədəniyyət mərkəzində soydaşlarımızla görüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]