On bir ayda 532 min 700 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Bakı, 16 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 11 ayında 532 min 700 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 177 min şəxs münasib işlərlə təmin olunub, 16 min 500 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramına cəlb olunub.
Yanvar-noyabr aylarında 17 min 200 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 322 min şəxsə peşəyönümlü xidmətlər göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]