SİYASƏT
“Oracle Advisory Group”: İctimaiyyət Qarabağdakı Qələbəni Azərbaycanın böyük uğuru kimi qiymətləndirir
![“Oracle Advisory Group”: İctimaiyyət Qarabağdakı Qələbəni Azərbaycanın böyük uğuru kimi qiymətləndirir](/files/2024/1/1200x630/170688172777042004_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
Aparılmış sosioloji sorğunun nəticələri göstərir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. Qarabağdakı Qələbə ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ABŞ-ın “Oracle Advisory Group” təşkilatının və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə keçirdiyi sosioloji sorğunun nəticələrində öz əksini tapıb.
Təşkilatın hesabatında bildirilir ki, sorğuya verilən bütün cavablar əhalinin mövcud hökumətin fəaliyyətinə münasibətinin açıq ifadəsidir. Belə ki, verilən cavablar əhalinin hazırkı iqtidarın hakimiyyətinə olan inamını və dəstəyini əks etdirir.
Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 98,5 faizinin “Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədinizmi?” sualına müsbət cavab verməsi yüksək milli ruhun nümayişi deməkdir.