ÖTƏN ALTI AY ƏRZİNDƏ EKOLOJİ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİNƏ RİAYƏT OLUNMASI YOXLANILMIŞDIR
Bakı, 26 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları cari ilin ötən altı ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 1601 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 497 göstəriş verilmişdir. Ümumilikdə 437 iş üzrə 2241593,17 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 114968 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 317 iş üzrə 633422,18 manat məbləğində iddia qaldırılmış, ondan 48824 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 1780 iş üzrə 904737,31 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 346058 manatın ödənilməsi təmin olunmuşdur.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 65 işdən 17-nə, məhkəmələrə göndərilmiş 109 işdən 21-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 249 işdən 30-na baxılaraq müvafiq tədbir görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]