Ötən ay “Azərkosmos” ümumi gəlirlərinin 69 faizini xidmət ixracından əldə edib
Bakı, 28 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 36 ölkəsinə 1,5 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 ölkə az və 7,1 faiz artım deməkdir.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 69 faizini təşkil edib.
Qeyd olunan dövrdə 36 ölkədən 88-ə yaxın şirkətə peyk telekommunikasiya xidmətləri ixrac olunub. Xidmət ixrac olunan ölkələr arasında Lüksemburq, Birləşmiş Krallıq, Misir, Türkiyə, Rusiya, Tanzaniya və CAR böyük paya sahibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]