Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 1200-dək müraciət daxil olub
Bakı, 6 yanvar, AZƏRTAC
2020-ci ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1152 müraciət daxil olub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 251 zəng qəbul edilib.
Ötən ay BŞTİ-yə 749 sənəd (vətəndaşlar tərəfindən 151 ərizə, Təhsil Nazirliyindən 111, digər qurumlardan 150, məktəblərdən 229 məktub, 25 strukturdaxili yazışma və 83 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 152 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]