Ötən gün 40 cinayətin açılması təmin olunub
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 264, o cümlədən borclu şəxs qismində axtarışda olan 231, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 6 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 51,2 kiloqramdan artıq narkotik vasitə və psixotrop tərkibli 2 min 988 ədəd həb aşkar olunaraq götürülüb.
Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı14 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 17 tüfəng, 8 patron darağı və 4 ədəd patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər də saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:00]
AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:47]
“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar
- 05.06.2026 [17:31]
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib
- 05.06.2026 [17:05]