Ötən gün Bakıda havanın maksimal temperaturu iqlim normasından 1.4° aşağı olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib. Sentyabrın 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 millimetrədək olub.
Şəmkir, Şamaxı, Lerik, Qrızda duman müşahidə olunub.
Sentyabrın 14-də Bakıda havanın maksimal temperaturu iqlim normasından 1.4° aşağı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 24°-dək isti, Naxçıvan MR-də 30°-dək isti, Aran rayonlarında 28°-dək isti, dağlıq rayonlarda 11-16° isti qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]