Ötən il İsmayıllı rayonuna 60 minə yaxın turist gəlmişdir
İsmayıllı, 10 fevral (AZƏRTAC). Son illərdə İsmayıllı rayonuna gələn turistlərin sayı sürətlə artır. Ötən il bu göstərici 59 min 500 nəfər olmuşdur. Halbuki, əvvəlki illərdə bölgəyə səfər edən turistlərin sayı il ərzində 10-15 min nəfəri keçmirdi.
AZƏRTAC xəbər verir ki, rayona turist axınının ildən-ilə artması təkcə bölgənin əsrarəngiz təbiəti, qədim tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə deyil, həm də burada turizmin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən çoxsaylı layihələrdir. Prezident İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi rayonda genişmiqyaslı işlərin görülməsinə, çoxsaylı və sistemli tədbirlərin həyata keçirilməsinə imkan vermişdir.
Artıq burada turizm istirahət mərkəzlərinin sayı 22-yə çatmışdır. Keçən il İsmayıllı şəhərində hər cür şəraiti olan daha bir turizm obyekti -“Çıraq hotel” kompleksi istifadəyə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]