Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il müasir Azərbaycan incəsənətinin təbliği baxımından uğurlu olub

Ötən il müasir Azərbaycan incəsənətinin təbliği baxımından uğurlu olub

Bakı, 1 yanvar, AZƏRTAC

Ötən il ərzində Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə musiqi, teatr və təsviri sənət sahələrinin inkişafı, təbliği və milli incəsənətimizin dünyada tanıdılması naminə müxtəlif beynəlxalq və respublika əhəmiyyətli tədbirlər, sərgilər, festivallar, mədəniyyət günləri keçirilib.

AZƏRTAC xəbər verir ki, görülən tədbirlər, həyata keçirilən layihələr müasir Azərbaycan incəsənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Belə ki, ötən ilin fevralın 5-dən 9-dək Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilmiş İslam ölkələrinin Mədəniyyət festivalında Azərbaycan nümayəndə heyəti də iştirak edib. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, 20-yə yaxın İslam ölkəsinin folklor musiqi kollektivi çıxış edib.

2019-cu il martın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə dünya şöhrətli pianoçu, professor Bella Davidoviçin anadan olmasının 90 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbirin solisti Bella Davidoviçin istedadlı tələbələrindən biri, tanınmış amerikalı pianoçu Culiya Zilberkvit olub.

Aprelin 5-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə opera müğənnisi, İtaliyada yaradıcılıq fəaliyyətini davam etdirən həmyerlimiz Azər Rzazadənin konserti keçirilib.

Aprelin 11-i və 12-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycandakı səfirliyi və “Kreml baleti” teatrının təşəbbüsü ilə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illik yubiley tədbirləri çərçivəsində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişi də yaddaqalan olub. Tamaşa Fransanın məşhur “Mezzo” telekanalı tərəfindən lentə alınaraq nümayiş etdirilib.

Tahir Salahovun dəvətinə əsasən dünya şöhrətli baletmeyster, görkəmli pedaqoq, professor Azari Plisetki aprelin 7-dən 13-dək Bakıya səfər edib. Səfər çərçivəsində baletmeyster Nizami Kino Mərkəzində “Plisetskilər və Messererlər” nəsli haqqında kitabın və sənədli filmin təqdimatında, habelə Heydər Əliyev Sarayında “Kreml baleti” teatrının ifasında F.Əmirovun “Min bir gecə” baletinin nümayişində rəsmi qonaq qismində iştirak edib.

Keçən ilin aprelin 16-dan 23-dək Qırğız Respublikasının Oş şəhərində TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü və Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin dəstəyi ilə “Oş-2019 türk dünyasının mədəniyyət paytaxtı” adlı açılışı olub. Tədbirə qatılan Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 13 nəfərdən ibarət qrupu ölkəmizi layiqincə təmsil edib.

Aprelin 22-dən 27-dək Bakıda Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Heydər Əliyev Sarayı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilib.

Mayın 12-də Monte-Karlo Opera Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş konsert təşkil olunub. Konsertdə Xalq artisti, professor Rauf Abdullayevin dirijorluğu altında Monte-Karlo Filarmonik Orkestrinin müşayiəti ilə Xalq artisti Alim Qasımov və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış ediblər. Tədbir “Mezzo” telekanalı tərəfindən lentə alınaraq nümayiş olunub.

Mayın 10-13-də Sankt-Peterburq şəhərində TÜRKSOY beynəlxalq təşkilatının təşəbbüsü ilə türk xalqlarının musiqisindən ibarət konsertlər verilib. Tədbirlərdə Xalq artisti, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru Ağaverdi Paşayev və Əməkdar artist, tarzən Sahib Paşazadə iştirak etmişlər.

Mayın 17-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Həmçinin mayın 31-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi baş tutub.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-30-da Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı silsilə tədbirlərlə yadda qalıb.

Bu ilki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlər - Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov, habelə Azərbaycan sənətçiləri Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqalarının iştirakı ilə 40-a yaxın tədbir təşkil olunub.

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalının proqramı ilk dəfə olaraq Fransanın məşhur “Mezzo” televiziya kanalında yayımlanıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə oktyabrın 11-də Heydər Əliyev Sarayında dünya şöhrətli “Beryozka” Akademik Rəqs Ansamblının, oktyabrın 13-də isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsertlər təqdim olunub.

Oktyabrın 21-26-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Moskva forumu” XVI Beynəlxalq Müasir Musiqi Festivalı keçirilib. Festivalda Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, tanınmış tar ifaçısı, Əməkdar artist, Prezident mükafatçısı Sahib Paşazadə görkəmli bəstəkar, Xalq artisti, professor Fərəc Qarayevin “Xütbə, muğam və surə” əsəri ilə çıxış edib.

Ötən il həmçinin ölkə başçısının müvafiq sərəncamları ilə Seyid Şuşinskinin 130, Soltan Hacıbəyov, Hacıbaba Hüseynov və Əminə Dilbazinin 100 illikləri qeyd edilib. Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına əsasən, mayın 29-da Beynəlxalq Muğam Mərkəzində Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş “Şuşanın muğam incisi” adlı yubiley gecəsi təşkil olunub. Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Hacıbaba Hüseynova həsr olunmuş yekun tədbir isə oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub. Həmçinin tədbirlər planına uyğun olaraq cari ilin dekabrın 16-da Heydər Əliyev Sarayında Əminə Dilbazinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Hesabat dövründə oktyabrın 29-da Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında Azərbaycan musiqiçilərinin iştirakı ilə konsert keçirilib. Tədbirdə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin 15 nəfərlik heyəti və solist Fəridə Məmmədova çıxış ediblər. Layihənin bədii rəhbəri Xalq artisti, professor Fərəc Qarayevdir.

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Xalq artisti Fərəc Qarayevin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində və Azərbaycan Dövlət Akademik Filarmoniyasında pianoçu Olqa Domnina (Rusiya) və skripka ifaçısı Maykl Qutmanın (Belçika) iştirakı ilə musiqi gecələri keçirilib.

Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə dekabrın 27-də Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin “Nasimi Passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb