ÖTƏN İL POÇT SAHƏSİNDƏ 125 YENİ İŞ YERİ YARADILMIŞDIR
Ötən il respublikamızda 140 yeni poçt binası tikilib istifadəyə verilmiş, 18 poçt filialı əsaslı, 16-sı cari təmir olunmuşdur. Poçt sahəsi üzrə 125 yeni iş yeri açılmışdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, 2004-cü ildə Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqının (ÜPİ) STEFİ - beynəlxalq elektron pul köçürmələri sisteminə qoşulmuş və bu qurumun üzvü olan Rusiya, Ukrayna, Belarus və Qazaxıstan ilə ikitərəfli müqavilə imzalamışdır. ÜPİ-nın 23-cü Buxarest konqresində Azərbaycan bu təşkilatın İnzibati Şurasına üzv seçilmişdir.
İl ərzində poçt filialları 77 kompüter dəsti, 40 sürətçıxaran, 105 faks aparatı, 401 elektron tərəzi və 25 xidməti maşınla təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]