Ötən il Qəbələdə 17 milyon manatlıq sənaye məhsulu ixrac olunub
Qəbələ, 13 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2024-cü ildə Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 141 milyon 340,6 min manatlıq məhsul istehsal olunub.
Qəbələ Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu, əvvəlki illə müqayisədə 10 milyon 425 min manat və ya 8 faiz çoxdur.
İstehsal edilən sənaye məhsulunun 12 faizi dövlət, 88 faizi qeyri-dövlət sektorunun payına düşüb. İl ərzində rayonda 17 milyon 100,2 min manatlıq sənaye məhsulu ixrac olunub.
Qurumdan verilən məlumata görə, rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. 2024-cü ildə rayonda istehsal edilən sənaye məhsulunun 80,9 faizi emal sektorunun payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]
Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO
- 07.08.2026 [14:29]