ÖTƏN İL RUSİYADAN 50 MİNDƏN ÇOX QANUNSUZ MİQRANT ÇIXARILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 28-də Moskva Baş Daxili İşlər İdarəsinin rəisi Vladimir Proninin mətbuat konfransı olmuşdur. O bildirmişdir ki, Moskvada hələ də terrorizmlə bağlı narahatlıq müşahidə olunur.
V.Pronin terrorizm, cinayətkarlıq və qanunsuz miqrasiya sahəsində paytaxt hüquq mühafizə orqanlarının gördüyü tədbirlərdən danışmışdır. Onun sözlərinə görə, ötən il Moskvadan 50 mindən çox qanunsuz miqrant ölkənin hüdudlarından kənara çıxarılmışdır ki, bu da inişilkindən iki dəfə çoxdur. Üstü açılmış 77 min cinayətin 45 faizini gəlmələr, o cümlədən qanunsuz miqrantlar törətmişlər. Pronin vurğulamışdır ki, Moskva qonşu ölkələrin əhalisinin müxtəlif təbəqələrini, həmçinin kriminal ünsürləri özünə cəlb edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]