ÖZBƏKİSTAN DƏNİZ LİMANLARINA YENİ YOLLAR AÇIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistan TRASEKA proqramı çərçivəsində nəqliyyat marşrutlarının açılmasında fəal iştirak edir. Daşkənddə çap olunan “Biznes vestnik Vostoka” qəzeti yazır ki, hazırda fəaliyyət göstərən birinci marşrut Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstanı birləşdirir. İkinci layihə Qazaxıstanın Aktau limanı ilə Azərbaycan arasında əlaqə yaradacaqdır. Üçüncü nəqliyyat marşrutu Özbəkistanın simal-qərbindəki Üstyurd rayonunu Qazaxıstan, Rusiya və Ukrayna ilə birləşdirəcəkdir. Bu marşrutun sonuncu məntəqəsi Almaniyadakı Hamburq limanı olacaqdır.
Özbəkistan, həmçinin Əfqanıstanın nəqliyyat infrastrukturunun bərpasında iştirak edir. Özbəkistan inşaatçıları bu ölkədə 10 körpü tikmişlər. Nəqliyyat dəhlizinin inşası haqqında Özbəkistan, İran və Əfqanıstan arasında imzalanmış üçtərəfli saziş Orta Asiya dövlətlərinə İran və Oman körfəzlərinə, o cümlədən Hind okeanına çıxmaq imkanı yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]