ÖZBƏKİSTAN GƏNCLƏRİNİN “KAMOLOT” İCTİMAİ HƏRƏKATININ NÜMAYƏNDƏLƏRİ “İRƏLİ” İCTİMAİ BİRLİYİNDƏ OLMUŞLAR
Bakı, 1 iyul (AZƏRTAC). Ölkəmizdə səfərdə olan Özbəkistan gənclərinin “Kamolot” ictimai hərəkatının nümayəndələri iyulun 1-də “İrəli” ictimai birliyində olmuşlar.
“Kamolot” ictimai hərəkatının mərkəzi şurasının sədri Akram Alimov ölkəsində gənclər siyasəti sahəsində gördüyü işlərdən danışmışdır. Ötən il Özbəskistanda Gənclər ili olduğunu deyən qonaq dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyini söyləmişdir. “Kamolot” ictimai hərəkatının Özbəkistanda 198 rayon bölməsinin fəaliyyət göstərdiyini deyən A.Alimov təşkilatın gənclərin məşğulluq problemlərinin həllində fəal rol oynadığını söyləmişdir.
“İrəli” ictimai birliyinin sədri Ceyhun Osmanlı rəhbərlik etdiyi təşkilatın tarixi barədə danışmışdır. C.Osmanlı bu gün 10 minədək üzvü olan təşkilatın gələcək planları barədə məlumat vermişdir. O demişdir ki, təşkilat regionlarda “İnformasiya Akademiyası”, “Media Akademiyası” kimi layihələr həyata keçirir. Yaxın gələcəkdə isə “İrəli”nin internetdə televiziya və radiosunun yayımlanması nəzərdə tutulmuşdur.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]