ÖZBƏKİSTAN PREZİDENTİ ÇİN DÖVLƏT ŞURASININ BAŞ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistan Prezidenti İslam Kərimov Çin Dövlət Şurasının Baş naziri Ven Szyabao ilə görüşmüşdür.
Görüşdə deyilmişdir ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq sürətlə inkişaf edir. 2006-cı ildə mal dövriyyəsi 600 milyon dollardan artıq olmuşdur. Bu ilin yanvar-avqust aylarında isə bu rəqəm 447 milyon dollar təşkil etmişdir.
Qeyd edilmişdir ki, ölkələr arasında terrorizm, ekstremizm və separatçılıqla mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin humanitar sahədə əlaqələrin dərinləşdirilməsi ilə əlaqədar müqavilələr imzalanmışdır. Bu müqavilələr hazırda uğurla həyata keçirilir.
Baş nazir bildirmişdir ki, yaxın illərdə Çin Xalq Respublikası Özbəkistan iqtisadiyyatına 1,5 milyard dollar məbləğində sərmayə qoymağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [16:13]
VI Dünya Köçəri Oyunlarının qalibi Qazaxıstan olub
- 07.09.2026 [15:53]
Aİ-nin Braziliyadan ətin idxalını dayandırması narazılığa səbəb olub
- 07.09.2026 [14:39]