Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÖZBƏKİSTAN PREZİDENTİ İSLAM KƏRİMOVUN NİTQİ

ÖZBƏKİSTAN PREZİDENTİ İSLAM KƏRİMOVUN NİTQİ

-Hörmətli İlham Heydər oğlu!

Hörmətli azərbaycanlı dostlar!

Nümayəndə heyətimizə göstərilən səmimiyyətə, mehribanlığa və qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, bütün azərbaycanlı dostlarımıza ən dərin minnətdarlıq hisslərimi bildirməkdən böyük zövq və məmnunluq duyuram.

Bizim xalqımız haqqında dediyi səmimi və xoş sözlərə görə, bu gün formalaşmaqda olan ikitərəfli və çoxtərəfli münasibətlərin səviyyəsini yüksək qiymətləndirdiyinə görə mən Azərbaycan Prezidentinə təşəkkür edirəm. Əminəm ki, qardaş xalqlarımız və ölkələrimiz arasında bu münasibətlər bundan sonra da davam edəcəkdir. Azərbaycan ilə Özbəkistan arasında dərin hörmət və etimadın təcəssümü olan münasibətlər milli dəyərlərimizin, ənənələrimizin, adətlərimizin, dilimizin, mədəniyyətlərimizin yaxınlığına, çox cəhətdən ümumiliyinə, eyni dinimizə əsaslanır və bu münasibətlərin çoxəsrlik tarixi həmişə qarşılıqlı dəstək və kömək mənbəyi olmuşdur. Əcdadlarımızın obrazları, ruhən bir-birinə yaxın olmuş böyük sələflərimiz Nizami Gəncəvi və Əlişir Nəvainin və başqalarının, haqlı olaraq dünya sivilizasiyasının incilərinə aid edilən əsərləri, yaradıcılıq irsi bütün dövrlərdə həm azərbaycanlılar, həm də özbəklər üçün ilham mənbəyi olmuşdur.

Bir daha demək istəyirəm, sabah Bakıda görkəmli özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvainin möhtəşəm abidəsinin açılışı və Azərbaycan paytaxtının mərkəzi küçələrindən birinə böyük özbək astronomu və maarifçisi Mirzə Uluqbəyin adının verilməsi bizim mənəvi yaxınlığımızın və möhkəm dostluğumuzun rəmzidir.

Nizamini tanımayan və sevməyən bir özbək tapmaq çətindir. Zənnimcə, Əlişir Nəvainin əsərlərini oxumamış və ona ehtiram bəsləməyən azərbaycanlı tapmaq da çətindir. Özbəkistanın xalq şairi, Azərbaycan oğlu, taleyin hökmü ilə Özbəkistan torpağında yazıb-yaratmış Maqsud Şeyxzadə bizim mənəvi yaxınlığımızı çox gözəl və dəqiq ifadə etmişdir. O, özünün məşhur rübailərindən birində demişdir:

Bakılı qocaya dedim: əmican,

Dostluq bu mənanı kəsb edib haçan?

Belə cavab verdi o müdrik qoca:

Nizami, Nəvai qardaş olandan.

Bunu vurğulamaq mənə xüsusilə xoşdur ki, Maqsud Şeyxzadə milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə ölkəmizin ən yüksək mükafatlarına layiq görülmüşdür və bu gün də xalqımız ona çox böyük ehtiram bəsləyir. Bu il Daşkənddə bu gözəl şairin 100 illik yubileyi qeyd ediləcəkdir və artıq buna hazırlıq görülür.

Özbək və Azərbaycan xalqları öz vətənlərində sülhün və əmin-amanlığın qorunub saxlanması naminə əsrlər boyu bir yerdə olmuşlar, biz sevincimizi də, kədərimizi də bir-birimizlə bölüşmüşük. Xalqlarımız həyatın çətin sınaqlarına sinə gərməli olanda biz həmişə bir-birimizə dost kimi əl uzadaraq, bu çətinlikləri çiyin-çiyinə dəf etmişik.

1930-cu illərdə kütləvi repressiyalar dövründə on minlərlə azərbaycanlının Özbəkistan torpağında sığınacaq tapması, xalqımızın onları öz doğma qardaşları kimi açıq ürəklə qəbul etməsi, bir tikə çörəyi onlarla bölüşməsi, öz evində onlara sığınacaq verməsi hamımızın yadındadır.

Hazırda Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır. Müstəqil Özbəkistanın tamhüquqlu vətəndaşları olan bu insanlar başqa xalqlarla sülh və həmrəylik şəraitində ölkəmizin sosial-ictimai, iqtisadi həyatında və digər sahələrdə fəal iştirak edirlər. Bunu belə bir fakt da təsdiq edir ki, təkcə son illərdə Azərbaycan diasporunun altı nümayəndəsi yüksək dövlət mükafatlarına layiq görülmüşdür.

Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Bu problem, əlbəttə, dinc yolla və vurğulamaq istərdim ki, yalnız beynəlxalq normalara əməl edilməklə və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hökmən riayət olunmaqla həll edilməlidir.

Hörmətli İlham Heydər oğlu, bu fürsətdən istifadə edib vurğulamaq istərdim ki, mən bu tarixi yaddaşın daşıyıcısıyam, vahid Sovet İttifaqının tabeliyində olduğumuz əvvəlki tariximizin ayrı-ayrı dövrlərini xatırlayıram, - hərçənd, bu, heç də həmişə xoş olmur. 1985-ci ildə Sovet İttifaqına başçılıq edən adam “Azərbaycan” sözünü hətta düzgün tələffüz edə bilmirdi. O, bu sözü təhrif edərdi. Mən indiyədək xatırlayıram, bizə doğma olan “Azərbaycan” sözünü hətta tələffüz edə bilməyən həmin adam bu problemin, bu münaqişənin yaranması üçün çox şey etmişdir. Bu münaqişə bilavasitə onun iştirakı ilə, Moskvada sakitcə əyləşib Qafqazda baş verənləri müşahidə edənlərin iştirakı ilə yaranmışdı. Məni təəccübləndirən odur ki, indinin özündə də həmin problemi necə həll etməyi müəyyən dərəcədə başa düşməyənlər vardır. Mənə belə gəlir ki, belə vəziyyət, yaxud belə münasibət, mövqe var və bununla həmin münaqişəni mümkün qədər uzatmaq istəyirlər.

Bu gün mən İlham Heydər oğlu ilə bu barədə danışmışam, burada bizim aramızda əyləşən cavanlar həmin dövrü - 1988-ci ili, bəlkə də, xatırlamırlar. Mahiyyət etibarilə yeni nəsil yaranır. Məncə, kimlərsə ümid edir ki, yeni nəsl yaranacaq və Qarabağ problemi ilə əlaqədar baş vermiş bütün hadisələr yaddaşlardan silinəcəkdir.

Lakin bu gün doğulan nəslin necəliyindən asılı olmayaraq,- Qarabağ probleminin yarandığı ildə doğulmuş insanların artıq 20 yaşı tamam olmuşdur və bu, çox ciddi məsələdir, bu gənclər elə bil bütün bunları xatırlamır,- mən çox istərdim ki, bizim bir fikrimiz üst-üstə düşsün: övladlarımız bizim başladığımız işi axıra çatdırmalıdır, uşaqlarımız bizim işmizin davamçıları olmalıdır.

Bugünkü görüşdə mən bir məsələyə toxunmuşdum, onu burada bir daha təkrarlamaq istəyirəm. Mən demək istəyirəm ki, bugünkü Azərbaycan 1991-ci ildə müstəqillik əldə ediləndəki Azərbaycan deyil. Obrazlı şəkildə desək, yerlə göy qədər fərq var. İndi İlham Heydər oğlu Özbəkistan haqqında belə xoş sözlər söyləyərkən, çox təvazökarlıq edərək dedi ki, Azərbaycanın da uğurları var. Mən isə belə hesab edirəm ki, postsovet məkanındakı ölkələrin çoxu Azərbaycandan öyrənməlidir ki, Azərbaycan yaşadığı bugünkü mürəkkəb şəraitdə belə yüksəlişə, uğurlara necə nail olmuşdur. Buna nəinki possovet dövlətləri, hətta Azərbaycanın ətrafındakı bir çox dövlət də həsəd apara bilər.

Mən Heydər Əliyevlə tanışlığımdan fəxr edirəm və bundan həmişə fəxr duymuşam. Tanışlıq demək azdır, yaşımızda müəyyən fərq olmasına baxmayaraq, mən özümü Heydər Əliyevin dostu hesab edirdim. O, Özbəkistana gələndə, Daşkənd Universitetinin tələbələri qarşısında çıxış edəndə, biz özbək gəncləri qarşısında dayananda mən ona “Haydar əkə” (özbək dilində Haydar Azərbaycan dilində Heydər adının qarşılığıdır) deyə müraciət edirdim.

O dəqiqələr, o anlar hələ də yadımdadır, biz bir-birimizi bircə kəlmədən başa düşürdük. Mən bir daha demək, təkrarlamaq və təsdiq etmək istəyirəm: bəli, mən həqiqətən Azərbaycan xalqının dostuyam, bəli, mən həqiqətən təkcə Özbəkistanın nailiyyətlərinə görə deyil, həm də Azərbaycanın uğurlarına görə fəxr edirəm. Bunlar, sadəcə, gəlişi gözəl sözlər deyil, bu, mənim qəlbimdədir və ömrümün axırına qədər belə olacaqdır.

Demək istərdim ki, özbəklər və azərbaycanlılar hamımızın ehtiram bəslədiyimiz, mərdliyi, mənəvi gücü, dönməz iradəsi qarşısında həmişə baş əydiyimiz Heydər Əliyevin xalqlarımız arasında etimadın bərpa olunması, bir daha təkrar edirəm, etimadın bərpa olunması və qarşılıqlı hörmətin möhkəmlənməsi işinə verdiyi böyük, qiymətli töhfəni heç vaxt unutmayacaqlar.

Elçibəyin dövrü yadımdadır, Özbəkistanla Azərbaycan arasında, özbək xalqı ilə Azərbaycan xalqı arasında əsrlər boyu yaranmış münasibətləri heç nədən pozmağa cəhd göstərilən dövr mənim yadımdadır. Bu, olub. Əgər kimsə bunu xatırlamırsa, çox pis. Tarixi yadda saxlamaq lazımdır. Öz tarixini unudanlar öz yolunu azır, gələcəyini görmür. Biz bunu həmişə demişik və deyəcəyik. Tarixi bilmək lazımdır, onu yadda saxlamaq, ona hörmətlə yanaşmaq lazımdır. Bu nə deməkdir? O deməkdir ki, bizim övladlarımızın düzgün yol seçmələri üçün müvafiq nəticələr çıxarmaq lazımdır.

Buna görə də yadımdadır: Heydər Əliyev özbəklərlə azərbaycanlılar arasında həmişə mövcud olmuş etimadın bərpa olunması üçün nə lazımdırsa etmişdir. Bununla əlaqədar bir fakt xüsusi ehtirama layiqdir ki, Azərbaycan xalqı, onun bugünkü tanınmış lideri vaxtilə Heydər Əliyevin seçdiyi perspektivli xətti ardıcıl olaraq davam etdirir və onun xatirəsini dərin hörmətlə yad edirlər. Bu siyasətin tam varisliyi göz qabağındadır. Bu gün İlham Heydər oğlu dedi: bizim heç nə icad etməyimizə ehtiyac yoxdur, biz Heydər Əliyevin yaratdıqlarını götürməli, onun işləyib hazırladığı proqrama ciddi riayət etməli və bu gün, sadəcə olaraq, həmin proqramı həyata keçirməli, yerinə yetirməliyik.

Özbəklərdə belə bir məsəl var: atasından xeyir-dua alanlar həmişə uğur, firavanlıq qazanır. Mən istəyirəm ki, burada əyləşən azərbaycanlılar bunu yadda saxlasınlar, deyərdim ki, hər bir azərbaycanlının şüuruna aşılasınlar. Məncə, bu müdrik sözləri İlham Heydər oğlu Əliyevin bugünkü fəaliyyətinə tamamilə aid etmək olar.

Hörmətli dostlar, bu gün həqiqətən çox səmimi, açıq söhbətlər, danışıqlar aparıldı. Elə bir məsələ, elə bir problem, deyərdim ki, bu gün Qafqazda, Mərkəzi Asiyada, Orta Asiyada yaranan çox mürəkkəb problemlərdən eləsi yadıma gəlmir ki, onların barəsində müəyyən məqamlarda bizim aramızda fikir ayrılığı olsun və mövqelərimiz fərqli olsun.

Buna görə də mən belə hesab edirəm ki, bizim missiyanın, Azərbaycana rəsmi səfərin uğuru, ilk növbədə, məhz bundadır. Mən istərdim ki, indicə deyəcəyim sözləri siz hərfi mənada başa düşəsiniz: biz - Azərbaycan Prezidenti və Özbəkistan Prezidenti həmfikirlərik, bizim problemlərə münasibətimiz, yanaşmalarımız üst-üstə düşür və zənnimcə, bu, bizim ən böyük uğurumuzdur. Bu gün biz dönə-dönə yəqin etdik ki, əslində, İlhamla mənim aramda müəyyən problemlər yarada biləcək heç bir fikir ayrılığı yoxdur. Əksinə, biz birmənalı şəkildə dərk edirik ki, Azərbaycan və Özbəkistan bir-birinə nə qədər yaxın olsa, həm Azərbaycanın məsələlərini, həm də Özbəkistanın məsələlərini həll etmək bir o qədər asan olacaqdır.

Sözün qısası, müasir reallıqlar beynəlxalq strukturlar çərçivəsində iki ölkənin topladığı müsbət təcrübənin bazasında səylərin daha artıq dərəcədə əlaqələndirilməsini, bizim milli mənafelərimizin, həm Azərbaycanın, həm də Özbəkistanın mənafelərini çətinliklə də olsa qorumağın zəruriliyini diktə edir.

Bu gün İlham Heydər oğlu ilə danışıqlarda bizim çıxardığımız ən mühüm nəticə budur: ölkələrimiz arasında əməkdaşlığın miqyasını genişləndirmək üçün hələ istifadə edilməmiş çox böyük imkanlarımız, resurslarımız vardır. Bu, ilk növbədə qarşılıqlı ticarətin inkişaf perspektivlərinə, birbaşa kooperasiya və investisiya əlaqələrinin tənzimlənməsinə, birgə müəssisələr yaradılmasına, energetikada, habelə nəqliyyat kommunikasiyalarından qarşılıqlı surətdə faydalı istifadə edilməsi sahəsində əməkdaşlığa aiddir.

Bir daha təkrarlamaq istərdim, Özbəkistan Azərbaycanın ilbəil böyüməkdə olan logistika mərkəzi kimi, Şərq ilə Qərbi əlaqələndirən dəhliz kimi malik olduğu çox böyük imkanlardan istifadə edilməsində birmənalı şəkildə maraqlıdır.

Bu imkandan istifadə edib Azərbaycan xalqına, onun keçmişinə, bu gününə və böyük gələcəyinə özümün tükənməz, səmimi hörmət hisslərimi bildirmək istərdim.

Mən Azərbaycan Prezidenti İlham Əliyevin sağlığına, Azərbaycan və Özbəkistanın dostluğu və əməkdaşlığı şərəfinə, bu salondakıların hamısının şərəfinə badə qaldırmağı təklif edirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq