ÖZBƏKİSTAN PREZİDENTİNİN KÜVEYTƏ SƏFƏRİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 19-da Küveytə ikigünlük rəsmi səfərə gələn Özbəkistan Prezidenti İslam Kərimovun həmin gün əmirliyin paytaxtında keçirdiyi görüşlərdə iki ölkə arasında siyasi və iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirmək məsələləri müzakirə edilmişdir. İslam Kərimovun Küveytin Baş naziri şeyx Səbah əl-Əhməd əs-Səbah ilə söhbətində iki dost ölkənin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, habelə beynəlxalq problemlərin həlli zamanı qarşılıqlı fəaliyyət göstərmək niyyətində olduğu vurğulanmışdır.
Özbəkistan dövlətinin başçısı Küveyt parlamentinin sədri Casem Məhəmməd əl-Xərafi ilə də görüşmüş və ölkənin işgüzar dairələrinin nümayəndələri ilə söhbət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]