ÖZƏLLƏŞDİRMƏ PROQRAMI UĞURLA HƏYATA KEÇİRİLİR
Dövlət əmlakının özəlləşdirilməsinin ikinci mərhələsi 1997-ci il orta və iri müəssisələrin özəlləşdirilməsindən başlamış və 2004-cü il iyulun 1-dək nizamnamə kapitalı 5,4 trilyon manat olan 1533 dövlət müəssisəsi, o cümlədən 352 sənaye müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdir.
Cari ilin yanvar-iyun aylarında səhmlərinin ümumi dəyəri 153, 8 milyard manat olan 67 səhmdar cəmiyyətinin səhmləri auksiona çıxarılmış və 77,1 milyard manatlıq səhmlər satılmışdır. 28,0 milyard manat dəyəri olan səhmlər qapalı abunə qaydasında çeklə əmək kollektivlərinə və çek hərraclarında, 26,6 milyard manat dəyərində pul auksionlarında və 22,5 milyard manatlıq səhmlər sərmayə müsabiqələrində satılmışdır.
Bu ilin yanvar-iyun aylarında ümumi sahəsi 386,6 min kvadratmetr olan 6,5 min mənzil əhali tərəfindən özəlləşdirilmişdir.