Pakistan ayrı-seçkilik etmədən terrorla mübarizə aparmağın zəruriliyini vurğulayıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Beynəlxalq ictimaiyyət terrorizmlə mübarizədə istisnalara yol verməməlidir.
AZƏRTAC xəbər verir ki, bunu cümə günü BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasında çıxış edən Pakistanın baş naziri vəzifəsini icra edən Ənvar-ül-Haq Kakar deyib.
“Biz ayrı-seçkilik etmədən bütün terrorçularla mübarizə aparmalıyıq. ...O cümlədən ifrat sağçı ekstremist və faşist qrupların, xüsusən də Hindistan müsəlmanlarına və xristianlarına qarşı soyqırımı təhdid edən “hindutva”dan (Hindistanda qatı millətçilik ideologiyası - red.) ruhlanan radikalların yaratdığı artan təhlükə ilə”, - deyə o əlavə edib.
Pakistan hökumətinin başçısı yoxsulluq, ədalətsizlik və xarici işğal kimi terrorizmin əsas səbəblərinin aradan qaldırılmasının vacibliyinə diqqət çəkib.
Kakar, həmçinin Baş Assambleya çərçivəsində Qlobal Terrorla Mübarizə Strategiyasının icrasına nəzarət etmək üçün xüsusi komitənin yaradılmasını təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]