PAKİSTAN PARLAMENTİ ROMA PAPASININ İSLAM ƏLEYHİNƏ FİKİRLƏRİNİ PİSLƏYƏN QƏTNAMƏ QƏBUL ETMİŞDİR
Hökumətyönümlü və müxalif partiyaların deputatları tərəfindən yekdilliklə bəyənilən qətnamədə tələb edilir ki, pontifik müsəlmanlar üçün təhqiramiz bəyanata görə üzr istəməlidir.
XİN-in mətbuat katibi Təsnim Aslam demişdir ki, Roma katolik kilsəsinin başçısı təkcə xristian dünyasında deyil, həm də müsəlmanlar arasında hörmətli şəxsdir. Odur ki, o, ziddiyyətli fikirlər və qiymətlərdən çəkinməlidir.
Xatırladaq ki, Roma Papası bu günlərdə Almaniyanın Regensburq Universitetində mühazirə oxuyarkən islam və xristianlıq arasında tarixi və fəlsəfi fərqləri təhlil etmiş, Bizans imperatoru II Manuilin Məhəmməd Peyğəmbər haqqında mənfi fikirlərini sitat gətirmişdir.
57 ölkəni birləşdirən İslam Konfransı Təşkilatı da pontifikin çıxışı ilə əlaqədar təəssüfləndiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]