Pakistan: Sərhəd münaqişəsində Əfqanıstanın 133 hərbçisi həlak olub YENİLƏNİB
Bakı, 27 fevral, AZƏRTAC
Pakistanla sərhəd münaqişəsində Əfqanıstanın ən azı 133 hərbçisi həlak olub, 200-dən çoxu yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.
Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın 27 hərbi məntəqəsini məhv edib, daha 9 məntəqəni isə nəzarətə götürüb. Tanklar, artilleriya qurğuları və zirehli transportyor da daxil olmaqla, 80-dən çox hərbi texnikaya ziyan dəyib.
Nazir əlavə edib ki, Kabil, Paktiya və Qəndəharda taliblərin müdafiə mövqelərinə zərbələr endirilib və itkilərin sayının artması mümkündür.
03:10
Pakistanla sərhəddə baş verən toqquşmalarda ən azı 72 Əfqanıstan hərbçisi həlak olub, daha 120 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan hökumətinin sözçüsü Müşərrəf Zeydi məlumat verib.
Onun sözlərinə görə, cümə günü yerli vaxtla saat 02:00-a olan məlumata əsasən, Pakistan ordusu Əfqanıstanın 16 sərhəd postunu məhv edib, daha yeddi postu isə nəzarətə götürüb.
Bildirilib ki, tanklar, artilleriya qurğuları və zirehli personal daşıyıcıları da daxil olmaqla Əfqanıstanın 36 hərbi texnikasına ziyan dəyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]