PAKİSTANDA “SSRİ MÜSƏLMANLARI İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ” SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Pakistanın Lahor şəhərində agentliyin “SSRİ müsəlmanları İkinci Dünya müharibəsi illərində” fotosərgisi açılmışdır. Böyük Vətən müharibəsində Qələbənin 61-ci ildönümünə həsr olunmuş ekspozisiya “Novosti” agentliyinin, Rusiya və MDB ölkələri ali məktəbləri məzunlarının Pakistan Assosiasiyasının, habelə RF-nin bu ölkədəki Elm və Mədəniyyət Evinin dəstəyi ilə təşkil edilmişdir.
Sovet müsəlmanlarının Qələbəyə töhfəsindən bəhs edən sərgi həftənin axrınadək işləyəcəkdir. Bundan əvvəl həmin ekspozisiya ilə İslamabad, Kəraçi və Heydərabad şəhərlərinin sakinləri tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]