Pakistanın şimal-qərbində təhlükəsizlik əməliyyatı zamanı beş terrorçu məhv edilib
Bakı, 7 iyun, AZƏRTAC
Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində beş terrorçu məhv edilib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri cümə axşamı vilayətin Şimali Vəziristan mahalının Mir Əli bölgəsində sığınacaqda kəşfiyyat xarakterli əməliyyat keçirərək “Təhrik-i-Taliban”ın terrorçularını zərərsizləşdirib.
Öldürülənlərin təhlükəsizlik qüvvələrinə və vətəndaşlara qarşı bir sıra terror aktlarında iştirak etdiklərini bildirən rəsmilər, onlarda çoxlu sayda silah və sursatın da aşkarlandığını qeyd ediblər.
Hüquq-mühafizə orqanları həmin terrorçuların əlaltılarının tutulması üçün ətraf rayonlarda da əməliyyat-axtarış tədbirlərinə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]