Pakistanla nəqliyyat, İKT və innovasiyalar sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib
Bakı, 22 fevral, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Pakistanın İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Pakistan arasında nəqliyyat, İKT və innovasiyalar sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.
İki ölkə arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit daşımaların həyata keçirilməsi, hava nəqliyyatı ilə sərnişin daşımalarının artırılması və rəqəmsal inkişaf sahəsində təlim və inkubasiya mərkəzlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:24]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [18:35]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:22]