Pakistanlı ekspert: Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir
Pekin, 25 fevral, AZƏRTAC
Ermənilərin törətdiyi Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli insanlıq faciələrindən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikri Pakistanın Davamlı inkişaf üçün Qlobal Strateji İnstitutun icraçı direktoru Şakil Əhməd Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar müraciətində deyib. Pakistanlı ekspert Xocalı soyqırımının ildönümündə faciə zamanı ölənlərin xatirəsini ehtiramla yad etdiklərini, Azərbaycan xalqına dəstək olduqlarını bəyan edib.
İnsanlığa qarşı bütün növ soyqırımlarına qarşı olduğunu vurğulayan Şakil Əhməd bildirib: “Belə vəhşiliklərin təkrarlanmaması üçün qətiyyətimizi təsdiqlədikcə təəssüf ki, dünyanın bir çox yerində ksenofobiya, irqçilik və dözümsüzlük ilə bağlı təhlükəli artım tendensiyalarını görürük. Zorakılıq, nifrət kimi ideyalara söykənən soyqırımların kökləri dəyərlərimizə təhqir olmaqla yanaşı, insan hüquqları, sosial sabitlik, davamlı inkişaf və sülhü təhdid edir.
Davamlı inkişaf üçün Qlobal Strateji İnstitutun icraçı direktoru vurğulayıb ki, Xocalı faciəsinin ildönümü bizə soyqırımlara, habelə irqçiliyə, ksenofobiyaya, dözümsüzlüyə, sosial və etnik ayrı-seçkiliyə qarşı səsimizi bir daha yüksəltmək imkanı yaradır. Harada baş verməsindən asılı olmayaraq, əhalinin, dünyanın, hər kəs üçün sülhün və tərəqqinin qorunması üçün belə hallar müəyyənləşdirilməli və qarşısı alınmalıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]