Pandemiya AFR büdcəsinə 217,8 milyard avroya başa gəlib
Berlin, 4 iyul, AZƏRTAC
Bundestaqın dünənki iclasında ölkənin dövlət büdcəsinə düzəlişlər bəyənilib. Beləliklə, AFR-in dövlət borcunun məbləği 217,8 milyard avro artıb.
AZƏRTAC xəbər verir ki, qəbul edilmiş düzəlişlərə əsasən xəzinə ehtiyatlarından ayrılacaq bu məbləğ əhalinin alıcılıq qabiliyyətinin stimullaşdırılması və biznesin dəstəklənməsi üçün nəzərdə tutulur. Qanunvericilərin fikrincə, bu tədbir pandemiya nəticəsində yaranmış dərin iqtisadi böhrandan çıxmağa köməyə yönəldilib.
AFR Maliyyə Nazirliyi bundestaqın bu qərarını alqışlayaraq bildirib ki, böhran dövrlərində hökumət qənaət etməməlidir. Maliyyə Nazirliyinin planına əsasən yeni borc 20 il ərzində ödəniləcək.
Eyni zamanda, Bundestaqın bu qərarı Almaniya cəmiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Bəzi analitiklər dövlət büdcəsinə düzəlişləri kəskin tənqid ediblər. Onların fikrincə, ölkənin bu qədər borca düşməsi düzgün addım deyil. Şərhçilərdən biri “Bild” qəzetinin bugünkü nömrəsində yazır: “217,8 milyard avronu bizim övladlarımız və nəvələrimiz ödəməli olacaqlar”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib
- 07.10.2026 [10:21]
Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib
- 07.10.2026 [09:36]
Kiyev raketlərlə vurulub, ölənlər var
- 07.10.2026 [09:06]
Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır
- 07.10.2026 [07:38]
Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]